Baş ağrısını yox edən, qan dövranını yaxşılaşdıran MÖCÜZƏVİ VASİTƏ - MÜTLƏQ OXUYUN

18/07/2024 07:02
731

Baş ağrısını yox edən, qan dövranını yaxşılaşdıran MÖCÜZƏVİ VASİTƏ - MÜTLƏQ OXUYUN!

 

Baş ağrısı səbəbi müxtəlif ola bilər: uzun müddət kompüterdə işləmək və ətraf mühitin təsiri, stress, yuxu çatışmazlığı, qida rasionun pozulması və s. Necə olursa-olsun, vəziyyət dözülməzdir, ağrıdan qurtulmaq isə çətindir.

 

Bir çox hallarda həb içmək mənasızdır, heç bir təsiri olmur. Dərmanlara güvənmək əvəzinə bu xəstəliyə qalib gəlmək üçün ən sürətli və ziyansız üsulları sınaqdan keçirin.

 

Publika.az oxucuları baş ağrısını aradam qaldıran sadə xalq vasitələri ilə tanış edib.

 

Banan

 

Banan qabığını atmayın. Bu, insan orqanizmi üçün əsl faydalı maddələr anbarıdır. Banan qabığını 20-30 dəqiqə başın alın hissəsində saxlamaqla ağrıdan xilas ola bilərsiniz.

 

Alma

 

Çoxları bilmir ki, alma baş ağrısını azaldan ən yaxşı vasitədir. Əgər yuxudan şiddətli baş ağrısı ilə oyanmısınızsa, duzlu alma dilimi yeyin, üstündən mütləq bir stəkan isti su için. Söz veririk, ağrı tezliklə yox olacaq. Yeri gəlmişkən, alma sirkəsi ilə inhalyasiya baş ağrılarına müsbət təsir edir.

 

Badam

 

Bu gözəl çərəz dərman preparatlarının təbii əvəzedicisidir. Bir ovuc badam 10-15 dəqiqə ərzində baş ağrıları azaltmağa qadirdir. Çox faydalıdır!

 

Zəncəfil

 

 

Zəncəfil kökü iltihab önləyici xüsusiyyətlərə malikdir, bu da zəhlətökən baş ağrısı ilə mübarizədə kömək edir. Zəncəfil baş və boyun damarlarını rahatlaşdırmağa kömək edir, şişkinliyi azaldır və təbii sakitləşdirici mexanizmlərini tələsdirir.

 

Gündə 2-3 dəfə zəncəfilli çayı içmək başağrısını azaltmaq iqtidarındadır. Əsas odur ki, ağrı hiss olunan kimi çay için.

 

Darçın

 

Bir qədər darçın tozunu suya əlavə edib məcun hazırlayıb. Əldə edilən qarışığı alın hissəsinə sürtüb yarım saat saxlayın. Darçın tezliklə ağrını çəkəcək. Əgər soyuq havanın təsiri ilə bağlıdırsa, belə bir üsul baş ağrısı üçün çox faydalıdır.

 

Qaynar su

 

Baş nahiyəsinə qoyulmuş isti kompres (qrelka) ağrıdan xilas edəcək. Bu üsul qan dövranını yaxşılaşdırır, boynun gərgin əzələlərini zəiflədir, miqreni aradan qaldırmağa kömək edir.

 

Üstəlik isti vanna və ya duş qəbul etmək olar. Əgər vanna otağında uzanıb qalmaq istəmirsinizsə, əl və ya ayaqlar üçün isti vanna gözəl alternativi olacaq, onlar baş ağrısı ilə mübarizə aparır və gərginlik çəkilir.

 

Lavanda yağı

 

Barmaqlarının uclarına bir neçə damcı lavanda yağı töküb alnı 15-20 dəqiqə masaj edin. Lavandanın sakitləşdirici xüsusiyyəti başa yaxşı təsir edir və ağrını azaldır.

 

Lavanda efir yağı əvəzinə istiot, nanə yağı və ya evkalipt istifadə edə bilərsiniz. Bu yağların ağrıkəsici və sakitləşdirici xüsusiyyəti əzələləri zəiflədir, qan dövranını yaxşılaşdırmağa kömək edir.

 

Qırmızı istiot

 

Qırmızı istiot baş ağrısını azaldan daha bir təbii vasitədir. Araşdırmalar göstərib ki, bu məhsul ən dəhşətli miqrenlərdən xilas edə bilər!

 

İstiot əsaslı kremlərlə başa masaj, baş ağrısı ilə mübarizədə çox səmərəlidir. O, qan dövranının yaxşılaşmasına səbəb olur, bununla da baş ağrısını sakitləşdirməyə kömək edir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Xərçəngdən qorunmaq üçün nə etməliyik?
17/09/2024 16:50
64

Xərçəngdən qorunmaq üçün nə etməliyik?

Min bir dərdin DƏRMANI: Bu xəstəlikləri olanlar mütləq İSTİFADƏ ETSİN! - ŞOK
29/07/2024 07:55
691

Min bir dərdin DƏRMANI: Bu xəstəlikləri olanlar mütləq İSTİFADƏ ETSİN! - ŞOK

Bu ALLAHIN bizə hədiyyəsidir- Virusları öldürür, bakteriyaları məhv edir, təzyiqi və şəkəri aşağı salır
21/07/2024 22:14
742

Bu ALLAHIN bizə hədiyyəsidir- Virusları öldürür, bakteriyaları məhv edir, təzyiqi və şəkəri aşağı salır

Ət xal, ziyil və hər növ ləkələri təmizləmək heç bu qədər sadə və ucuz olmamışdı -RESEPT
19/07/2024 17:37
447

Ət xal, ziyil və hər növ ləkələri təmizləmək heç bu qədər sadə və ucuz olmamışdı -RESEPT

Heç vaxt rastlaşmadığınız sehrli RESEPT: 15 günə möcüzə yaradır
17/07/2024 06:51
363

Heç vaxt rastlaşmadığınız sehrli RESEPT: 15 günə möcüzə yaradır

Hər gün 1 stəkan için və İNANILMAZ NƏTİCƏ ƏLDƏ EDİN
16/07/2024 16:42
381

Hər gün 1 stəkan için və İNANILMAZ NƏTİCƏ ƏLDƏ EDİN