Boşanmaq istəyən arvadını gecə güddü, yataq otağına girdi… ŞOK – Ağdaşda dəhşət hadisə

16/07/2024 16:05
3356

Ağdaş rayonunda 1992-ci il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Şəlaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

 

Bizimshow.az Teleqraf.com-a istinadən bildirir ki, Ərəstun Ağdaş şəhəri H.Əliyev prospektində fərdi evdə kirayə yaşayan Şəlalənin evə gəlib. O, səhərə yaxın saat 05.30-da birinci mərtəbədəki açıq pəncərədən içəri girib.

 

Daha sonra Şəlalənin yataq otağına daxil olaraq taxtın yanına gəlib və onu oyandırıb. Mübahisə zamanı bıçaqla qadına bir neçə zərbə vurub.

 

İstintaq orqanı tərəfindən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qsimində ifadə verən Ərəstun ittiham üzrə özünü təqsirli bilib.

 

O bildirib ki, bibisi qızı Şəlalə ilə ailə həyatı qurub və birgə nikahlarından 2 uşaqları olub: “2021-ci ilin ortalarından etibarən aramızda soyuqluq yarandı, həmin il Rusiyaya işləməyə getdim. 2022-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Ağdaş rayonuna qayıtdım.

 

 

Şəlalə təxminən 2022-ci ilin iyul ayında boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Amma məhkəmə araşdırması başa çatmamışdı. Boşanma ərəfəsində olduğumuza görə Şəlalə anası və 2 azyaşlı övladları ilə birlikdə Ağdaş şəhərində fərdi evdə kirayədə yaşadı. Onun barəsində yaxşı söz-söhbətlər eşitmədiyim üçün telefonuna baxmaq istədim”. Təqsirləndirilən şəxs deyib ki, saat 23 radələrində Şəlalənin yaşadığı ünvana gəlib, hasardan atılıb həyətdə yerləşən birmərtəbəli evə gəlib: “Evdə iki azyaşlı övladımdan başqa heç kim yox idi. Övladlarımın evdə təkbaşına görəndə daha da əsəbləşdim. Eyvana pilləkənlərlə qalxaraq qarşı tərəfdəki mətbəx əşyalarının olduğu yerə gəldim. Şkafdan mətbəx bıçağı götürdükdən sonra həyətə qayıtdım. Ağacların yanında gözlədim.Bir qədər sonra Şəlalə evə gəldi. Həyətdə gizlənib Şəlalənin hərəkətlərini müşahidə etməyə başladım. Şəlalə evə gəldikdən sonra telefonla danışdı, evdən getdi. Bir qədər sonra anası ilə birlikdə qayıtdılar”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 05.30-da birmərtəbəli evin eyvanında həyət tərəfdən olan pəncərənin açıq olduğunu görüb: “Pəncərənin yanına qoyduğum yeşiyin üzərinə çıxaraq içəri girdim. Eyvanla Şəlalənin yatdığı otağa gəldim. Bıçağı taxtın aşağı hissəsinə qoyduqdan sonra telefonu axtarsam da tapmadım.

 

Şəlalənin özündən soruşmaq istədim, qışqırmasın deyə əvvəlcə ağzını tutdum. Oyananda sakit dayanmağı bildirdim. Əlimi çəkdikdən sonra Şəlalə hansı səbəbdən gəldiyimi soruşdu. Barəsində xoşagəlməz söz-söhbətlər eşitdiyimi və buna görə də telefonuna baxacağımı, kimlərlə münasibəti olduğunu öyrənmək istədiyimi dedim.

 

Şəlalə əsəbi halda məni söyərək təhqir etməyə başladı. Taxtın üzərinə qoyduğum bıçağı sağ əlimə götürdüm. Bir dəfə sol kürək nahiyəsindən, bir dəfə sağ qabırğa nahiyəsindən, iki dəfə də sağ qolundan vurdum. Şəlalə təhqirə davam etdi.

 

Yataq otağının qapısından çıxdım və evdən uzaqlaşdım. Bir qədər getdikdən sonra bıçağı yol kənarında olan çirkab suların axdığı kanalizasiyaya tulladım. Axşama qədər küçədə gəzdikdən sonra axşam yaşadığım evə qayıtdım”.

 

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ərəstun 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlin ŞOK TƏFƏRRÜATLARI
07/09/2024 21:59
441

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlin ŞOK TƏFƏRRÜATLARI

Xəyanətdə ittiham etdiyi arvadına GÖRÜN NƏ ETDİ- Nar bağındakı cinayətin DETALLARI
07/09/2024 18:16
198

Xəyanətdə ittiham etdiyi arvadına GÖRÜN NƏ ETDİ- Nar bağındakı cinayətin DETALLARI

Əhməd əmisini 3 manat siqaret puluna görə öldürübmüş..._ ŞOK TƏFƏRRÜATLAR
07/09/2024 09:57
109

Əhməd əmisini 3 manat siqaret puluna görə öldürübmüş..._ ŞOK TƏFƏRRÜATLAR

Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜAT
05/09/2024 09:24
135

Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜAT

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlinin ŞOK TƏFƏRRÜATI
03/09/2024 00:18
249

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlinin ŞOK TƏFƏRRÜATI

Gizlincə telefon işlədən arvadını boğub öldürdü: "Demişdim ki..." - AMANSIZ QƏTLİN TƏFƏRRÜATI
31/08/2024 23:14
180

Gizlincə telefon işlədən arvadını boğub öldürdü: "Demişdim ki..." - AMANSIZ QƏTLİN TƏFƏRRÜATI