Yoldaşının yatdığı otağa girən ər DƏHŞƏT SAÇDI: Dayəyə GÖRÜN NƏ ETDİ - VİDEO

11/07/2024 19:12
230

Yataqda çapacaqla həyat yoldaşına zərbələr vuraraq onu öldürməyə cəhd edən şəxsin cinayət işi yekunlaşıb.

 

Belə ki, 2021-ci il sentyabrın 3-də Kəmalə Mirzəyeva ağır yaralı halda 3 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Göstərilən tibbi yardım nəticəsində onun həyatı xilas edilib.

 

Elə həmin gecə hadisəni törədən qadının əri, əvvəllər məhkum olunmuş Şükür Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

 

İstintaqla müəyyən edilib ki, Şükür Mirzəyev narkotik vasitələr istifadə edib, ailəsində mütəmadi münaqişə yaratdığı üçün arvadı Kəmalə Mirzəyeva onun hərəkətlərindən bezib və onu danışdırmayıb. Sentyabrın 3-ü gecə saat 02:00 radələrində Zabrat qəsəbəsində yaşadığı evin mətbəxindən məişət təyinatlı çapacağı götürüb yoldaşının yatdığı otağa daxil olub.

 

Öldürmək məqsədilə çarpayıda yatan qadının baş və bədəninin müxtəlif nahiyələrinə 8 dəfə zərbə endirib. Atası Mirzə Mirzəyev hadisəni görüb müdaxilə etdiyindən cinayət əməlini başa çatdıra bilməyib. Kəmalə Mirzəyeva hadisə yerinə gəlmiş qonşuların və təcili tibbi yardım briqadasının köməkliyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

 

Bu hərəkəti ilə Şükür Mirzəyəv zərərçəkmişi qəsdən öldürməyə cəhd edib. Zərəçəkmiş Kəmalə Mirzəyeva ifadəsində bildirib ki, əri Şükür Mirzəyev ailə quran vaxtdan işləməyib.

Mütəmadi narkotik vasitələrdən istifadə edən ər ailə üzvləri ilə aqressiv davranıb, dəfələrlə arvadını döyüb. Qayınatasının təqaüdü ilə dolana bilmədiklərindən Kəmalə Mirzəyeva 2021-ci ildən dayə kimi işləməyə başlayıb. Avqustdan sentyabra kimi Şükür narkotik vasitələrdən asılılığını tərgitmək məqsədilə narkoloji dispanserdə müalicə olunub.

 

Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Şükür Mirzəyevdə narkomaniya xəstəliyi aşkarlanıb. Məhkəmə iclasında o, ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Mirzəyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

 

Ətraflı Baku TV-nin süjetində:

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Hoteldə şok cinayət: "Masazırda "elə qızlar"ın yığışdığını bilirdim..."– TƏFƏRRÜATLASı
18/10/2024 01:06
507

Hoteldə şok cinayət: "Masazırda "elə qızlar"ın yığışdığını bilirdim..."– TƏFƏRRÜATLASı

Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı - DETALLAR - VİDEO
17/10/2024 08:09
659

Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı - DETALLAR - VİDEO

“Anam və bacımla gəzdiyini dedi, məni “peysər” adlandırdı" - Bir qətlin TƏFƏRRÜATI
14/10/2024 21:50
530

“Anam və bacımla gəzdiyini dedi, məni “peysər” adlandırdı" - Bir qətlin TƏFƏRRÜATI

Ərinin öldürülməsini sifariş verən qadının məhkəməsi: "Öldürsək, mülkləri bizə qalacaqdı..."
13/10/2024 10:34
652

Ərinin öldürülməsini sifariş verən qadının məhkəməsi: "Öldürsək, mülkləri bizə qalacaqdı..."

Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO
10/10/2024 11:28
175

Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO

Sevgilisini öldürən şəxsdən ələ keçməmək üçün ŞOK QƏRAR - Evə girəndə gördülər ki, ... + FOTO
09/10/2024 00:27
190

Sevgilisini öldürən şəxsdən ələ keçməmək üçün ŞOK QƏRAR - Evə girəndə gördülər ki, ... + FOTO