DİQQƏT: Kommunal xidmətlər BAHALAŞACAQ - ƏTRAFLI

09/07/2024 22:57
2216

Son günlərdə ölkədə benzinin və dizelin bahalaşması fonunda bir çox sahələrdə qiymət artımı müşahidə olunur.


Metro və avtobus qiymətlərinin bahalaşmasından sonra isə ölkədə kommunal xidmətlərin də qiymətində artım olacağı bildirilir.

İqtisadçı ekspert Rəşad Həsənov  deyib ki, proseslər növbəti mərhələdə dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərdə qiymət artımlarının olacağını göstərir.


O qeyd edib ki, müəyyən xidmətlərin maya dəyərinin formalaşmasında yanacağın qiymət artımının rolu var:


"Bu təsirlərin növbəti mərhələdə kommunal xidmətlərə transformasiyası və onların qiymətlərinin artırılması ehtimalı var. Biz prosesin hansı mərhələdə olduğu ilə bağlı tam məlumatlı deyilik. Qiymətlərin nə vaxt atrırılacağını deyə bilmirik. Ümumiyyətlə götürəndə, kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti qurumlar Taarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırılmaları da ondan ibarətdir ki, xərclər çoxdur. Bu da həmin qurumların zərərlə işləməsinə, xidmət keyfiyyətinin səmərəli təşkil edilməsinə problem yaradır. Ola bilsin ki, sadalanan amillərdən hər hansı birinin əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılması məsələsini gündəmə gətirsin və qiymət artımına gedilsin".


İqtisadçı qeyd edib ki, özəlləşdirmə kontekstində zaman-zaman kommunal xidmətlərin təşkili məsələləri bir sıra istiqamətlərdə özəl sektora ötürülə bilər.


Amma hazırkı tənzimlənən qiymətlər özəl sektor üçün cəlbedici olmadığından bunu həyata keçirmək mümkün olmur.  / Bakupost.az 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Halter paralimpiya oyunları nədir ?
05/09/2024 14:29
18

Halter paralimpiya oyunları nədir ?

Meymun çiçəyi” virusu nədir?
05/09/2024 14:23
11

Meymun çiçəyi” virusu nədir?

Valyuta məzənnələri onlayn
02/09/2024 14:47
27

Valyuta məzənnələri onlayn

Tənzilə Rüstəmxanlı kimdir ?
02/09/2024 12:14
39

Tənzilə Rüstəmxanlı kimdir ?

Sabah üçün hava proqnozu
02/09/2024 12:10
25

Sabah üçün hava proqnozu

Pensiyalarla bağlı hamının gözlədiyi AÇIQLAMA - RƏSMİ
24/08/2024 23:16
1848

Pensiyalarla bağlı hamının gözlədiyi AÇIQLAMA - RƏSMİ