Heyvanları yemləyən atasını öldürdü, gülə-gülə polis maşınına mindi - Azərbaycanda DƏHŞƏT

07/07/2024 05:30
493

22:14

Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Bizimshow.az bildirir ki, news24.az Saatlıda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatlarını əldə edib. 

Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəmnində baş verib. Atasını qətlə yetirməkdə şübhəli bilinən Rabil Ağayevin norkaman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.

Hadisənin baş verdiyi gün, yəni bu gün Ramiz Ağayev evə geri dönüb və günorta saatlarında həyatyanı sahələrində iribuynuzlu heyvanlarına su verirmiş. Elə bu zaman oğlu arxadan ona yaxınlaşaraq şüşə parçası ilə atasının boyun nahiyyəsinə ölümcül zərbələr endirib.

Məlumatımıza görə, Rabil Ağayev polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə gülə-gülə minib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

-------

19:40

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlin ŞOK TƏFƏRRÜATLARI
07/09/2024 21:59
427

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlin ŞOK TƏFƏRRÜATLARI

Xəyanətdə ittiham etdiyi arvadına GÖRÜN NƏ ETDİ- Nar bağındakı cinayətin DETALLARI
07/09/2024 18:16
197

Xəyanətdə ittiham etdiyi arvadına GÖRÜN NƏ ETDİ- Nar bağındakı cinayətin DETALLARI

Əhməd əmisini 3 manat siqaret puluna görə öldürübmüş..._ ŞOK TƏFƏRRÜATLAR
07/09/2024 09:57
109

Əhməd əmisini 3 manat siqaret puluna görə öldürübmüş..._ ŞOK TƏFƏRRÜATLAR

Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜAT
05/09/2024 09:24
135

Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜAT

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlinin ŞOK TƏFƏRRÜATI
03/09/2024 00:18
249

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlinin ŞOK TƏFƏRRÜATI

Gizlincə telefon işlədən arvadını boğub öldürdü: "Demişdim ki..." - AMANSIZ QƏTLİN TƏFƏRRÜATI
31/08/2024 23:14
180

Gizlincə telefon işlədən arvadını boğub öldürdü: "Demişdim ki..." - AMANSIZ QƏTLİN TƏFƏRRÜATI