TƏCİLİ: Azərbaycanda dolların qiyməti ilə bağlı VACİB XƏBƏR: Bu tarixdə devalvasiya OLACAQ?

08/06/2024 04:33
3573

Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.

İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini "mövsümi xarakterli" adlandırmışdı: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".

Bəs dollara tələbin artması fonunda 2024-cü ildə mümkün devalvasiya riski varmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a bildirib ki, dollara tələbin artmasında bir çox amillər rol oynayır:

“Dollara tələbin yüksək olması həm dövlət xərclərinin, həm də idxalın artması ilə bağlıdır. Çünki dövlət xərcləmələri birmənalı şəkildə daha çox vəsaitin pul dövrüyəsinə daxil olmasına və onların bir qisminin idxal və yığım vasitəsilə dollar tələbi yaratmasına səbəb olur. Amma dekabr, yanvar və fevral ayı ilə müqayisədə prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının xüsusən də ilin əvvəli ilə müqayisədə nisbətən stabilləşməsini müşahidə edirik”. 

Deputat qeyd edib ki,Mərkəzi Bank ötən ilin sonunda da, bu ilin əvvəlində də prosesi nəzarətdə saxlaya bilib. Onun sözlərinə görə, Mərkəzi Bankın intervensiya imkanları var və bundan faydalanaraq prosesə təsir göstərmək mümkündür: 

“Amma növbəti dövrdə milli valutamızın məzənnəsinin necə dəyişməsi birmənalı olaraq Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank praktiki olaraq intervensiya yolu ilə proseslərə təsir imkanlarını qoruyub saxlayır. Eyni zamanda neftin dünya bazar qiyməti də bütövlükdə valyuta tələblərinə təsir göstərən faktorlardan biridir. Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün birmənalı şəkildə milli valyutamızın növbəti dövr üçün kursu Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, 2024-cü ildə devalvasiya olacağını demək çətindir:

“Ən azından indiki göstəricilər çərçivəsində bu real deyil, proqnozlaşdırılmır. Bu Məkəzi Bankın səlahiyyətində olan bir məsələdir. Bizdə qiymətlər bazarda formalaşmır. Dolların artım səbəbi 2024-cü ildən başlayaraq dövlətin proyektləri bağlı iqtisadi aktivlikdir. Ölkədə  COP-29 keçiriləcək. Bu olduqca böyük bir tədbirdir. Bunun hazırlığı üçün ciddi işlər görülür. Artıq yenidənqurma işləri əvvəlki illərlə müqayisədə daha çox vüsət alıb”.

İqtisadçı əlavə edib ki, dollara tələb artsa da, neftin və qazın qiymətləri hökumət üçün konfortlu zonadadır, vəsaitlər gəlir və narahatlıq yaratmır. Dolların qiymətinin il ərzində bahalaşacağını demək çətindir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Oleq Bakinski kimdir?- FAKT
11/10/2024 07:33
578

Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Oleq Bakinski kimdir?- FAKT

"Niqulya" xanımı Qazaxıstanda görün necə qarşıladılar - VİDEO
29/09/2024 20:57
415

"Niqulya" xanımı Qazaxıstanda görün necə qarşıladılar - VİDEO

Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kimin QARDAŞI İMİŞ- FOTO
28/09/2024 23:09
158

Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kimin QARDAŞI İMİŞ- FOTO

TƏCİLİ! Rubl bahalaşdı
27/09/2024 14:12
149

TƏCİLİ! Rubl bahalaşdı

Fəaliyyətinə xitam verilən müəllim "yeni iş" tapdı: GÖRÜN NƏ İŞİ
25/09/2024 21:32
576

Fəaliyyətinə xitam verilən müəllim "yeni iş" tapdı: GÖRÜN NƏ İŞİ

Qarın boşluğunda su yığılması (Ascit): Səbəbləri və təsirləri
25/09/2024 16:57
102

Qarın boşluğunda su yığılması (Ascit): Səbəbləri və təsirləri