Maaşlarla bağlı ƏHALİYƏ MÜHÜM XƏBƏR: hər ayın 5-dən...

29/05/2024 18:39
290

Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünməklə (avans olaraq və qalan hissə) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.

Bizimshow.az xəbər verir ki, mövzu ilə bağlı qanunvericiliyin tələbini əmək hüquqları üzrə ekspert Nüsrət Xəlilov şərh edib.

Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab olunmayan bayram günlərinə təsadüf etdikdə, o, bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir.

Misal: Müəssisədə yeni əməkhaqqı sisteminin müzakirə edilərək qərar verilməsi prosesi əməkhaqqının vaxtında ödənilməməsinə səbəb olub. Əməkhaqqı hər ayın 5-dən gec olmayaraq verilməli olduğu halda, ayın 31-i verilib. İşçinin əməkhaqqı məbləği 734 manatdır.

Qeyd edilən səbəb işəgötürənin təqsiri ucbatından gecikdirilmə hesab edilir və buna görə işəgötürən işçiyə hər gecikdirilən gün üçün 1 faiz məbləğində ödənc ödəməlidir.

Yəni (734 x 1%) x 26 gün = 190.84 manat əlavə ödəniş olunmalıdır.

Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilmiş müddətdə işçilərə əməkhaqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmət haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Əsas: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri (vergiler.az)  

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Oleq Bakinski kimdir?- FAKT
11/10/2024 07:33
578

Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Oleq Bakinski kimdir?- FAKT

"Niqulya" xanımı Qazaxıstanda görün necə qarşıladılar - VİDEO
29/09/2024 20:57
415

"Niqulya" xanımı Qazaxıstanda görün necə qarşıladılar - VİDEO

Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kimin QARDAŞI İMİŞ- FOTO
28/09/2024 23:09
158

Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kimin QARDAŞI İMİŞ- FOTO

TƏCİLİ! Rubl bahalaşdı
27/09/2024 14:12
149

TƏCİLİ! Rubl bahalaşdı

Fəaliyyətinə xitam verilən müəllim "yeni iş" tapdı: GÖRÜN NƏ İŞİ
25/09/2024 21:32
576

Fəaliyyətinə xitam verilən müəllim "yeni iş" tapdı: GÖRÜN NƏ İŞİ

Qarın boşluğunda su yığılması (Ascit): Səbəbləri və təsirləri
25/09/2024 16:57
102

Qarın boşluğunda su yığılması (Ascit): Səbəbləri və təsirləri