ŞAD XƏBƏR: Bu şəxslərin pensiyası ARTIRILACAQ

24/05/2024 22:03
969

Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

Bizimshow.az Unikal-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.

Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin - 60 faizi, orqanizmin funksiyalarının 61 - 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 55 faizi, orqanizmin funksiyalarının 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir. Göründüyü kimi, digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 - 80 faiz və 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 - 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 - 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Halter paralimpiya oyunları nədir ?
05/09/2024 14:29
18

Halter paralimpiya oyunları nədir ?

Meymun çiçəyi” virusu nədir?
05/09/2024 14:23
11

Meymun çiçəyi” virusu nədir?

Valyuta məzənnələri onlayn
02/09/2024 14:47
27

Valyuta məzənnələri onlayn

Tənzilə Rüstəmxanlı kimdir ?
02/09/2024 12:14
39

Tənzilə Rüstəmxanlı kimdir ?

Sabah üçün hava proqnozu
02/09/2024 12:10
25

Sabah üçün hava proqnozu

Pensiyalarla bağlı hamının gözlədiyi AÇIQLAMA - RƏSMİ
24/08/2024 23:16
1848

Pensiyalarla bağlı hamının gözlədiyi AÇIQLAMA - RƏSMİ