İnsanları təşvişə salan “öpüş” virusu nədir? – BİLMƏDİKLƏRİMİZ

05/05/2024 22:16
291

Xalq arasında “öpüş” xəstəliyi kimi tanınan infeksiya EBV (Epstein-Barr virusu) adlı virusa görə inkişaf edir. İnsandan insana tüpürcək yolu ilə keçdiyi üçün “öpüş” xəstəliyi kimi tanınır. 

Lent.az xəbər verir ki, bu xəstəliyin tibbi adı “infeksion mononükleoz”dur. 

Bəs, insanlar “öpüş” xəstəliyinə xüsusilə necə yoluxurlar?

İnfeksiyanın mənbəyi yoluxdurucu insandır. Virus ağız suyunda, süddə, sidikdə, nəcisdə, uşaqlıq boynu sekretində olur. Virus insandan insana təmas, öpüş və cinsi yolla transplasentar yoluxa bildiyinə görə ona "öpüş xəstəliyi" də deyilir. Xəstəlik bəzən qan və böyrəkköçürmə zamanı da yoluxa bilir. Virus orqanizmə tənəffüs, mədə-bağırsaq və cinsiyyət üzvlərinin selikli qişaları vasitəsilə yoluxur. İlkin yoluxma immun dəyişikliklər əmələ gətirir.

Öpücük xəstəliyi inkubasiya dövrü təxminən 40 gündür, lakin kiçik uşaqlarda bu müddət 15-20 günə qədər qısala bilər. 

“Öpüş” xəstəliyinin hansı əlamətləri var?

Xəstəlik kliniki əlamətlərinə görə bir neçə formalarda inkişaf edir. Xəstəliyin ilkin dövrlərində xəstələrdə qızdırma, kataral əlamətlər, üşütmə, zəiflik, əzələ ağrıları və ağız-boyun bölgəsində şişkinliklərlə müşahidə edilir. Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır, oradan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir.

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin “öpüş” xəstəliyində əlamətlər daha qabarıq olur. Boğaz ağrısı, şiddətli qızdırma 38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

“Öpüş” xəstəliyin ağırlaşması

Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir. Xəstəliyin ağırlaşması nəticəsində ensefalit, meningit, ürək əzələsinin zədələnməsi, miokardit, perikardit yarana bilər. Xəstəliyin gedişi ağırlaşdıqda dalağın da böyüməsi, pnevmoniya, plevrit, miokardit, ensefalit müşahidə edilir. Xəstələrdə bəzən vegetativ sinir sisteminin pozulmaları meydana çıxır.

Sitomeqalianın yayılmış forması bədxassəli şişilər, leykopeniya founda inkişaf edir və ağır gedişə malik olur. Bu zaman xəstəlik qızdırma, ümumi intoksikasiya, qaraciyərin və limfa vəzilərinin böyüməsi ilə müşahisdə edilir. Ləng gedişli pnevmoniya və bəlğəmdən xarakter hüceyrələrin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.

Maraqlıdır, “öpüş” xəstəliyinin diaqnostikası necə aparılır?

Qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya) periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanması ilə diaqnoz qoyulur.

Bəs, “öpüş” xəstəliyi uşaqlar arasında necə yayılır?

Körpələri öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. İnsanların 95%-i bu xəstəliyi keçirir. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir. 

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağzına toxundurmaqla xəstəliyə yoluxa bilər. Bundan başqa ağzından su axan uşaqlar virusu tüpürcəklə asanlıqla digər uşaqlara ötürür. Ona görə bu yaşda olan uşaqlarda gigiyenaya xüsusilə diqqət edilməlidir.

“Öpüş” xəstəliyinin orqanizmdə yayılması

Xəstəlik 2 həftə gizli qalır və özünü insanlarda boyun limfa düyünlərinin böyüməsi ilə göstərir. Sonra virus limfadan qan vasitəsilə bütün orqnizmə yayılır və badamcıqların böyüməsi, boğazda qızartı, yüksək qızdırma ilə müşayiət olunur. 20% xəstələrdə qaraciyərin böyüməsi müşahidə edilir.

Öpüş xəstəliyi insanda 7-8 gün 39-39,5 qızdırma ilə müşahidə edilir. Xəstəliyin əlamətləri isə heç bir antibiotik vasitəsilə aradan qalxmır. Öpüş xəstəliyi ağır gedişə malik olan xəstəliklərdən hesab edidiyinə görə xəstəliyin diaqnozu təsdiq edilən zaman xəstə adamı ən azı 15 gün ətrafdakılardan tədric eləmək lazımdır. Xəstəlik zamanı dalağın və qara ciyərin böyüməsinı nəzərə alaraq mütləq həkimə müraciət etmək və xəstənin istfadə etdiyi bütün əşyaları ayırmaq lazımdır.

Hamilə qadınlarda öpüş xəstəliyi

Cinsiyyət yolunda olan infeksiya doğum vaxtı uşağın yoluxmasına səbəb ola bilir. Amma virusun miqdarı qanda çox olduqda, ana bətnində olan dölü də xəstələndirir. Hamilələrin cinsiyyət yollarında persistə edən virusun yerli və ümumi immuniteti gücləndirməsi nəticəsində hamiləlik özbaşına pozulur.

Xəstəlik zamanı virusun orqanizmdə gizli qalması onun yoluxma vaxtının dəqiqləşməməsinə səbəb olur. 

“Öpüş” xəstəliyinin müalicəsi varmı?

Bu xəstəliyin spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik qızdırma varsa, qızdırmanı aşağı salan dərmanlar vermək, dəstək müalicə tətbiq etmək və yataq istirahəti lazımdır. Xəstəlikdən qorunmaq üçün uşaqları öpməməliyik.

Öpüş xəstəliyi 2 yaşından az olan uşaqlarda yuxarı tənəffüs yolunun infeksion xəstəliklərinə xas olan əlamətlərlə keçir. Xəstəliyin daşıyıcısı insanın tüpürcəyində olduğuna görə bəzən böyüklər eyni qaşıq, çəngəl və ya stəkandan istifadə etdikdə də yoluxma baş verə bilir. Çünki, virus onu gəzdirən adamın tüpürcək vəzlərində artıb çıxalır və onun öpüşdüyü insanları asanlıqla yoluxdurur.

Uşaqlarda “öpüş” xəstəliyi (Epştein-Barr virusu) təkrarlanırmı?

Öpüş xəstəliyi, bir dəfə keçirən uşaqda immunitet yaradır və ömür boyu təkrarlanmır.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
Əhalinin DİQQƏTİNƏ: Sabahdan güclü partlayış səsləri eşidiləcək
22/09/2024 15:19
189

Əhalinin DİQQƏTİNƏ: Sabahdan güclü partlayış səsləri eşidiləcək

ŞOK! İş adamı və köməkçisinin 18+ VİDEOSU yayıldı
22/09/2024 00:23
648

ŞOK! İş adamı və köməkçisinin 18+ VİDEOSU yayıldı

TƏCİLİ: Benzinin qiyməti qalxdı! - 2,03 AZN
20/09/2024 12:15
1943

TƏCİLİ: Benzinin qiyməti qalxdı! - 2,03 AZN

"VMF NATURAL FREQUENCIES" işçi axtarır - MAAŞ 1990 MANAT - VAKANSİYA
19/09/2024 21:21
151

"VMF NATURAL FREQUENCIES" işçi axtarır - MAAŞ 1990 MANAT - VAKANSİYA

27 sentyabr ilə bağlı sözlər
18/09/2024 09:46
37

27 sentyabr ilə bağlı sözlər

İnternetdən necə pul qazanmaq olar ?
18/09/2024 09:42
26

İnternetdən necə pul qazanmaq olar ?