“Sülh sazişindən sonra Qərbin Azərbaycana soxulması mümkünsüz olacaq” – EKSPERT ŞƏRH ETDİ

0
36

“Noyabrın 15-də ABŞ Konqresində təşkil olunan dinləmələr və burada bəzi konqresmenlərin Azərbaycanın ünvanına etdikləri çıxışlar birmənalı şəkildə Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul etməməklərindən irəli gəlir. Bu reallıqlar bölgədə uzunmüddətli və dayanıqlı sülhü xarakterizə edən reallıqlardır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, bu reallıqlara söykənərək uzunmüddətli sülhə və sabitliyə əsas ola biləcək sülh sazişi də imzalamaq olar və bundan sonra yeni bir müharibə mərhləsi də başlaya bilər: “Amma əsas odur ki, bu reallıqları Azərbaycan yaradıb və bu şəraitdə Ermənistan ciddi məğlubiyyətə uğradı. Ermənistanın məğlubiyyəti ilə bərabər Qərb ölkələri, ATƏT-in Minsk Qrupu da iflasa uğradı. Məhz buna görə də onlar Azərbaycanın bu qələbəsini həzm edə bilmirlər. Məhz bu səbəbdən də heç bir əsas olmadan bütün məsələlərdə Ermənistanı dəstəkləyir və onu sülh sazişi imzalamaqdan çəkindirirlər. Çünki başa düşürlər ki, sülh sazişi imzalandıqdan sonra Qərb ölkələrinin Azərbaycana soxulması mümkünsüz olacaq”.

Müəllif: Səbinə Hüseynli