“Fransanın bəyanatı BMT Təhlükəsizlik Şurasının daimi üzvü adına utancverici addımdır”- Bəhruz Məhərrəmov

0
47

“Fransanın bəyanatı BMT Təhlükəsizlik Şurasının daimi üzvü adına utancverici addımdır”- Bəhruz Məhərrəmov

“Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı diletantlıqdır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü adına utancverici addımdır”.

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib.

 

Deputat qeyd edib ki, Fransa hökuməti əslində Beynəlxalq Məhkəmə üzərində təzyiq mühiti formalaşdırmağa və məhkəmənin yekun qərarına təsir etməyi hədəfləyir:

“Birincisi, Fransa anlamalıdır ki, heç kim Parisə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını şərh etmək səlahiyyəti verməyib. Fransanın özünü tərəf kimi aparması, hüquqi cəhətdən ona imkan yaratmır ki, Beynəlxalq Ədalət Məhkəməsinin işinin nəticələrini də prosesin tərəfi kimi müzakirəyə çıxarsın. Bu, praktikada qəbul edilməyən, beynəlxalq hüquq etikasına, ümumtanınmış norma və adətlərə zidd davranışdır.

Belə çıxır ki, məhkəmə hüquq normaları və faktları yox, Fransanın milli mənafelərinin primatlığını əsas tutmalı imiş. Bu, Beynəlxalq Ədalət Məhkəməsinə açıq hörmətsizlik, Azərbaycana münasibətdə isə qərəzin ən radikal formasıdır.

Üstəlik, nəzərə alaq ki, bu hələ məhkəmənin yekun qərarı yox, mahiyyətlə birbaşa bağlı olmayan müvəqqəti xarakterli tədbirlə bağlı aktdır. Müvəqqəti təminat tədbiri üzrə kifayət qədər aqressiv reaksiya verməklə Fransa hökuməti əslində Beynəlxalq Məhkəmə üzərində təzyiq mühiti formalaşdırmağa və məhkəmənin yekun qərarına təsir etməyi hədəfləyir”.