Son günlərdə qızılca uşaqlar arasında kəskin yayılmışdır. Qızılca əsasən uşaqlara təsir edən çox yoluxucu virus infeksiyasıdır.
Son günlərdə qızılca uşaqlar arasında kəskin yayılmışdır. Qızılca əsasən uşaqlara təsir edən çox yoluxucu virus infeksiyasıdır. Xəstəlik ilkin simptomlarla soyuqdəyməyə bənzəsə də, bir neçə gün sonra ilk olaraq üzdə daha sonra bütün bədəndə qırmızı səpgilər yaranır. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir.
Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 – 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.
Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşağın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.
Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı,papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.
Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4 cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq ( yoluxdurma indeksi 95-96 %) xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyildir.Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalarda ağırlaşmalar ola bilər.Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun müddət qanda virusu ne