15.6 C
New York
Bazar, İyun 15, 2025

Buy now



Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır – Təhlükə aşkarlandı

Azərbaycanda da geniş istifadə olunan və reseptsiz satılan ağrıkəsici parasetamolun bəzi partiyaları çirklənmə şübhəsi ilə bazardan geri çağırılır.

Milli.Az xəbər evrir ki, bu barədə məlumatı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) yayıb.

Agentliyin açıqlamasına görə, Chelonia Healthcare Limited tərəfindən istehsal edilən 500 mq-lıq parasetamol tabletlərinin 2312010 və 2312011 nömrəli partiyaları rəng dəyişikliyi səbəbilə geri çağırılıb. Sözügedən dərmanların bu il buraxıldığı və son istifadə tarixinin 30 noyabr 2027-ci il olduğu bildirilib.

“Tabletlər bir tərəfində zolaq olan ağ kapsul formasında olmalıdır. Əgər bu partiyalardan alınmış qutuların içində rəngi dəyişmiş hər hansı tablet görsəniz, dərhal əczaçıya və ya həkiminizə müraciət edin”, – deyə MHRA-nın açıqlamasında qeyd olunur.

Səlahiyyətli qurum bu dərmanlardan istifadə edən şəxslərə əks təsirlər müşahidə edildikdə dərhal həkimə müraciət etməyi, səhiyyə işçilərinə isə sözügedən partiyaların paylanmasını dərhal dayandırmağı tövsiyə edib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN