Pensiyaların ödəniş QRAFİKİ AÇIQLANDI- Bu bölgələrdə…

0
1789

İyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

Bizimshow.az APA-ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək


Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin