Xanımından və həkimdən Əli Mirəliyevə QADAĞA: “Zəng etsələr məndən inciməsinlər”

0
876
“Əli müəllim hazırda yaxşıdır. Ev şəraitindədir, müalicəsi bitib. Özü gəzir, ayaqüstədir. Şükür Allaha ki, bəladan xilas oldu. Bud çanağı sınmışdı. Travmotologiyada yatdı və sağaldı. Həkimi Nizami Məmmədova təşəkkür edirəm. Bu gün əməliyyat olundu, səhəri gün onu ayağa durquzdu. Əliyə o qədər nəvazişlə yanaşırdı ki. Göydə Allah, yerdə o həkimə minnətdaram”
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyevin xanımı Anaxanım Mirəliyeva deyib. O daha sonra əlavə edib:
“Eşidəm biləm ki, kimsə zəng edib onu əsəbləşdirib, məndən inciməsinlər. O xəstə adamdır, olur ki, danışığını bilmir. Sərt danışa bilər. Kimlərinsə xətrinə dəyə bilər. Bilmirəm xəstənin dalınca qaçım, bilmirəm öz səhhətimlə maraqlanım? Əli müəllimin kiminsə haqqında pis danışmağını istəmirəm. Nə var ki, xətirə dəyməyə? Heç həkimi də icazə vermir. Adamı o yandırır ki, indiki müğənnilər efirlərdə olmayanda Əli müəllim artıq məşhur müğənni idi. Tamaşaçı niyə onu belə görməlidir ki? Niyə belə yadda qalmalıdır ki? Televiziyalar, jurnalistlər istifadə edir, amma biz nə qazanırıq? Əsəb, stress” deyə o bildirib.
Qeyd edək ki, Əli Mirəliyev bir müddət əvvəl itin zənciri ayağına dolaşdığına görə yıxılıb xəsarət almışdı.

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin