18.3 C
New York
Bazar, May 25, 2025

Buy now



Yaş həddi 15-ə endirilir? – Qalmaqal yaradan qərar

Xəbər verdiyimiz kimi, İspaniya, Yunanıstan və Fransada sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi müəyyənləşdirilməsi ilə bağlı çağırışlar səslənib. Təklif olunur ki, 15 yaşdan kiçik uşaqların bu platformalardan istifadəsinə qadağa qoyulsun.

Azərbaycanda da bu məsələ müzakirəyə çıxarıla bilərmi?

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin müəyyənləşdirilməsinin effektli olacağına dair ciddi şübhələr var.

“Bu qərara səmərəli nəzarət etmək, əslində, mümkün deyil. Yaxşı olar ki, sosial mediada kontentlər üzərində nəzarət güclənsin. Qeyri-etik, sağlam sosial münasibətlərə zidd, nifrət dili ehtiva edən məzmunlu informasiyalar avtomatik qaydada yayıldığı IP ilə birgə bloklansın. Müasir dövrdə uşaqları informasiya texnologiyalarından sadəcə qadağalarla uzaqlaşdırmaq əvəzinə, onlara daha maraqlı alternativlər təklif etmək daha faydalıdır. Çünki sərt qadağalar daha pis nəticələrə səbəb olur”.

Vəkil Mehman Muradlı bildirib ki, Avropa ölkələrinin belə qərar verməsi absurddur:

“Məsələn, Yutubda uşaqlar üçün kanal var. Bunun digər sosial şəbəkələrdə də tətbiqi mümkündür. Yaş həddi ilə bağlı Azərbaycanda eyni qərarın verilməsi isə doğru olmaz. Ümumiyyətlə, sosial şəbəkəyə necə məhdudiyyət qoymaq olar? Əvvəlcə bunlar araşdırılmalıdır. Lakin qeyd etmək lazımdır ki, bununla bağlı konkret mexanizm mövcud deyil”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN