18.3 C
New York
Bazar, May 25, 2025

Buy now



ŞOK: Hamilə aparıcı efirdə doğum sancıları keçirdi: 3 saat efirdə qaldı… – FOTO

ABŞ-nin Nyu-York ştatında fəaliyyət göstərən “CBS6 Albany” kanalının xəbər aparıcısı Olivia Jaquit doğum sancıları gəlməsinə baxmayaraq canlı efirdə 3 saatlıq xəbər buraxılışını başa çatdırıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, səhər proqramının digər aparıcısı Julia Dunn canlı yayımın əvvəlində tamaşaçılara belə müraciət edib:


“Bu səhər sözün əsl mənasında son dəqiqə xəbərimiz var. Olivianın övladı olur və o, hazırda aktiv doğum sancısı keçirərək xəbərləri təqdim edir”.

Jaquit isə efir zamanı bildirib:


“Burada olmaqdan məmnunam və mümkün qədər uzun müddət efirdə qalmağa çalışacağam”.

Spiker daha sonra “Times-Union” qəzetinə verdiyi açıqlamada xəstəxanada narahat gözləməkdənsə, işdə vaxt keçirməyi seçdiyini deyib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN