İsrail yenidən Livana hava zərbələri endirdi
-
İsrail Livanın cənubundakı Nəbatiyyə vilayətində yerləşən Rab-əl-Təlatin yaşayış məntəqəsinə hava zərbəsi endirib.
Ajans.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib, hücum nəticəsində Livanın “Hizbullah” hərəkatının bir üzvü həlak olub.
Mümkün itkilər və maddi ziyan barədə məlumat verilməyib.