Azərbaycanda əmi, bibi, xala və dayı uşaqları arasında nikahların bağlanması iyulun 1-dən etibarən rəsmi şəkildə qadağan ediləcək.
Metbuat.az xəbər verir ki, bu, Ailə Məcəlləsinə edilən dəyişikliklərlə təsdiqlənib və həmin tarixdən qüvvəyə minəcək.
Qanunun məqsədi genetik risklərin qarşısını almaq və ailə institutunu daha sağlam əsaslar üzərində qurmaqdır. Hazırda nişanlı olan qohumlar üçün isə keçid müddəti mövcuddur.
Onlar qeyd olunan tarixədək evlənə bilərlər.