16.5 C
New York
Cümə axşamı, May 8, 2025

Buy now



Maşın almaq istəyənlərin NƏZƏRİNƏ – Sizi belə aldadırlar

Azərbaycanda şəxsi nəqliyyat vasitəsinə sahib olmaq istəyənlərin sayında artım müşahidə olunur. Bu baxımdan lizinq yolu ilə avtomobil əldə etmək getdikcə ön plana çıxır. Çünki bu, ilkin ödənişsiz və ya aşağı məbləğlə maşın sahibi olmaq imkanı verir. Digər tərəfdən, burada da risklər var.

 Lizinq yolu ilə avtomobil almaq sərfəlidir, yoxsa kreditlə? 

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, avtomobilin alınma üsulu vətəndaşdan asılıdır:

“Kredit və ya lizinq yolu ilə maşın almağın təhlükəli olduğunu deyə bilmərik. Əslində, vətəndaş üçün kredit daha sərfəli idi. Amma dolların bahalaşmasından sonra bəzi banklar krediti ləğv etdi. Bundan başqa, avtomobil krediti ilə bağlı yeni şərtlərin hazırlanması təklifi irəli sürüldü. Çünki o zaman primitiv yanaşmalar var idi. 1000 manatı olan da ilkin ödənişlə maşın alırdı. Küçələr avtoxuliqanlarla, sürücülük təcrübəsi zəif olanlarla dolmuşdu”.

Ekspert bildirib ki, sonrakı dövrdə bəzi dillerlər daxili kredit, bəziləri isə lizinq şərtləri ilə təkliflər irəli sürdü:

“Ümumiyyətlə, həm kredit təşkilatları, həm lizinq şirkətləri bir çox hallarda sürücüləri aldadırlar, yalan məlumatlarla əlavə ödənişlər tələb edirlər. Hətta komissiya haqqı adı ilə məbləğin xeyli hissəsini tuturlar. Bu da düzgün yanaşma deyil. Bəzi insanlar məcburiyyət qarşısında seçim edirlər. Lizinq şirkətləri hələ də düzgün sistem qura bilməyib, problemlər mövcuddur. Sürücülər maşını alır, cərimə gələndə lizinq şirkətlərinə gedirlər. Amma şirkət məlumatı vaxtında sürücüyə ötürmür. Buna görə bəzən şəxsin sürücülük hüququ məhdudlaşır, yaxud cərimələrin üzərinə faiz gəldikdən sonra artıqlaması ilə ödəməli olurlar”.  


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN