Elimizdə qədim və gözəl bir adət var – toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənənə. Bəzən valideynlər övladlarının xeyir işinə hazırlıq zamanı ən xırda detallara belə xüsusi məna yükləyirlər. Məsələn, may ayında toy etməkdən çəkinənlər var. Bu ayı “ağır ay” hesab edənlərin sayı az deyil.
Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğuda əksəriyyət may ayında toy etməyin heç bir problemi olmadığını bildirib:
“Bizim adətlərdə belə bir inanc yoxdur. Mayda kim nə istəyirsə, etsin”, – deyə sakinlərdən biri qeyd edib.
Bəs görəsən, may doğrudan da xeyir iş üçün “uğursuz” ay hesab olunurmu?
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktor müavini Afaq Xürrəmqızının sözlərinə görə, bu inanc digər xalqların təsiri ilə bizim folklorumuza keçib:
“Slavyan xalqlarında may ayında toy etməməyə dair qatı inanc var. Onlar inanırlar ki, bu ayda evlənənlər ömrünün sonuna qədər əziyyət çəkirlər”.
Ətraflı süjetdə: