21.4 C
New York
Çərşənbə, Aprel 30, 2025

Buy now



Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı ilə bağlı VACİB XƏBƏR- BAHALAŞIR?

Müasir şəhər həyatının ayrılmaz bir hissəsi olan ictimai nəqliyyat, gündəlik milyonlarla insanın işə, məktəbə və digər vacib məkanlara çatmasını təmin edir. İctimai nəqliyyat xidmətlərinin davamlılığı və keyfiyyətinin qorunması üçün zaman-zaman qiymət dəyişikləri qaçılmaz olur. Son dövrlərdə nəqliyyat xərclərinin, yanacaq qiymətlərinin və texniki xidmət haqlarının artması fonunda bir çox ölkə və şəhərlərdə ictimai nəqliyyatda gediş haqlarının artırılması gündəmə gəlib. Bu artım ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da xidmətin dayanıqlığının təmin edilməsi və infrastrukturun yenilənməsi baxımından zəruri bir addım kimi əsaslandırılır.

Son vaxtlar avtobus və metroda gediş haqqı qiymətlərinin artırılması ilə bağlı fikirlər var. Avtobus və metroların qiyməti artırıla bilərmi? Bunun səbəbi nədir? Mövzuyla bağlı iqtisadçı ekspert Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb. Xalid Kərimli bildirib ki,  ümumiyyətlə avtobus və metro üçün gediş haqqlarının qiyməti tənzimlənən qiymətlər sırasındadır. Ölkəmizdə isə qaydalara görə ictimai nəqliyyatın gediş haqqı qiymətlərini də Tarif Şurası bu qiymətləri təyin edir. Tarif şurası da hökumətin bütün strukturlarını əhatə edir.  Məlumdur ki, bu Şura İqtisadiyyat nazirliyinin tabeliyindədir.  İqtisadiyyat nazirinin müavini Tarif Şurasının sədridir. Nəticə etibarilə də qiymətlərlə bağlı o cümlədədn də nəqiyyatdakı gediş haqları ilə əlaqədar bu qurum tərəfindən yekun qərar verilir.

Ekspert onu da vurğulayıb ki, hazırda ictimai nəqliyyatda gediş haqlarının bahalaşması gözlənilmir. Lakin təbii ki, hər zaman qiymət artımı dünyada gedən iqtisadi vəziyyətlə əlaqəli olub. Bu mənada baş verəcək qiymət artımları isə minimum məbləğdə ola bilər.

“Xatırlatmaq istərdim ki, ölkəmizdə avtobus və metroda gediş haqqı qiymətləri ötən ilin yayında konkret olaraq iyul ayında qaldırıldı. Dizel yanacağının qiyməti qaldırılandan sonra avtobus və metronun qiyməti qaldırıldı. Ona görə də düşünürəm ki, qısa müddətdə qiymətlər artırılsın. Bu məsələ tam olaraq dövlətin səlahiyyətindədir”,-deyə Xalid Kərimli əlavə edib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN