Bizimshow.az xəbər verir ki, Azərbaycanın dünyaşöhrətli vokal ustası və estrada sənətinin korifeyi Rəşid Behbudov, təkcə Azərbaycan musiqi tarixində deyil, beynəlxalq arenada da silinməz iz buraxıb.
Çox az adam bilir ki, Behbudov hind dilində ifa etdiyi məşhur “Awaara” mahnısı ilə Hindistanda da tanınıb. Onun səsi o qədər təbii və melodik səslənib ki, hind dinləyiciləri onu yerli sənətçi zənn ediblər. Bu ifa Behbudovun yalnız milli musiqiyə deyil, dünya musiqisinə də töhfəsinin bariz nümunəsidir.
Sənətkarın istedadı sayəsində Azərbaycan musiqisi SSRİ sərhədlərini aşaraq Hindistana qədər gedib çıxıb. Onun adı bu gün də həm peşəkar musiqiçilər, həm də musiqisevərlər arasında hörmətlə anılır.