21.1 C
New York
Cümə, Aprel 25, 2025

Buy now



Sevil və Sevincin ögey bacıları var imiş – “Anam atam öləndən sonra da…”

Şou-biznesin əkiz müğənni bacıları Sevil və Sevinc Səfərova Rusiyada yaşayan ögey bacılarından danışıblar.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 7 yaşları olanda nikahdan kənar bacılarının dünyaya gəldiyini bildirən Sevinc hazırda yaxşı münasibətlərinin olduğunu etiraf edib.

Sənətçi bu sözlərlə üzünü görmədiyi bacısı barədə açıqlama verib:

“Uşaq vaxtı 7 yaşımız olardı, onun dünyaya gəldiyini öyrəndik. Rusiyada qardaşımın olduğu şəhərdə yaşayır. Bir-biri ilə görüşürlər. 27-28 yaşı olar. Aramızda heç vaxt problem olmayıb. Anam atam rəhmətə gedəndən sonra da onunla maraqlanıb. Gəlinimiz onu görüb, deyirdi ki, bu qız necə Sevilə oxşayır. Anam bu məsələni atamla problemə çevirməyib, uşağa baxma deməyib. Valideynlərimiz belə edibsə, övladları arasında niyə narazılıq olsun ki?”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN