Kəlbəcərdən DƏHŞƏTLİ xəbər gəldi – Ölən var

0
39

Kəlbəcərdə maşın aşıb, ölən var.

 

Referans.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov “Niva” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır .(sfera.az)