15.2 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Göl dayazlaşdı: İtkin düşən 100-dən çox insanın qalıqları tapıldı

Bodensk gölünün dayazlaşması illərdir itkin düşmüş insanların çoxlu qalıqlarının tapılmasına səbəb olub.Uzun müddət yağıntının olmaması səbəbindən su anbarının səviyyəsi xeyli aşağı düşüb.

Ajans.az xəbər verir ki, İsveçrə hüquq-mühafizə orqanları təfərrüatları açıqlayıb.

Bodensk gölü 536 kvadrat kilometr ərazini əhatə edir və üç ölkənin – İsveçrə, Almaniya və Avstriyanın ərazisində yerləşir.

Son zamanlar su anbarı dayazlaşıb və sahil zonasının müxtəlif yerlərində insan qalıqlarına rast gəlinməyə başlayıb. Söhbət 103 ölüdən gedir.

Onların hər biri ilə bağlı araşdırma aparılır. Onlar şəxsiyyəti, ölüm səbəbi və digər məsələlər dəqiqləşdirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyi kimi, “sirr bəlli olub”, lakin qarşıda hələ çox iş var.

Göl turistlər və su idmanı həvəskarları arasında məşhurdur.

Burada hər il bir neçə insan ölür. Əsas səbəb boğulmadır.

Hüquq-mühafizə orqanlarında burada istirahət edərkən itkin düşən 10 nəfərlə bağlı məlumat var. Onların bəziləri on ildir itkin düşüb.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN