Onlar nə özlərinə azuşaqlı deyə bilirlər, nə də rəsmi olaraq çoxuşaqlı sayılırlar. Üç övlad böyütmək – həm fədakarlıq, həm də cəmiyyətə edilən böyük töhfədir. Amma bu ailələr dövlətdən uşaqlara görə maddi dəstək ala bilmirlər.
Bir müddət əvvəl 3 uşaqlı ailələrin çoxuşaqlı ailə statusu məsələsi müzakirə edilirdi. Bəs 3 uşaqlı ailələr nə vaxt rəsmi olaraq çoxuşaqlı ailə statusu alacaqlar? Bu qərarın ləngiməsi yalnız statistik bir məsələ deyil – minlərlə ailənin gündəlik həyatını dəyişəcək bir addımdır.
Mövzu ilə bağlı deputat Fazil Mustafa Referans – a onu bildirdi ki, hazırda bu məsələ ilə bağlı hələlik konkret bir qərar yoxdur. Hazırda sadəcə müzakirələr aparılır və müxtəlif fikirlər səsləndirilir.
Müsahimiz onu da vurğulayıb ki, gələcəkdə hökumət tərəfindən bu istiqamətdə rəsmi bir təşəbbüs irəli sürüldüyü halda bu zaman, Milli Məclisdə də dəstək qazanma ehtimalı yüksəkdir.
Deputat hesab edir ki, belə təşəbbüslər ilk növbədə hökumətdən gəlməlidir. Fikir bildirmək hər kəsin haqqıdır.
“Lakin həmin fikirlərin real qərara çevrilməsi xüsusi əhəmiyyət daşıyır”,- millət vəkili əlavə edib.