Həmin maşında görün kimlər olub — “Uçan” taksinin videosu

0
2386

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

 

Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

 

Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına  zəruri tibbi xidmətlər göstərilib.

 

Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.