Zakir Həsənov orduya “HAZIR OL” ƏMRİ verdi – Cəbhədə nə baş verir?

0
266

 Cəbhədə nə baş verir? Zakir Həsənov orduya nə tapşırıqlar verdi? Ermənistan müharibəyə hazırlaşır?

Bildiyimiz kimi son aylardır Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan Azərbaycan sərhəddində atəşkəs pozulur. Burada Ermənistanın məqsədi nədir? Ermənistan müharibəyə hazırlaşır?

Mövzuyla bağlı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov REFERANS-ın suallarını cavablandırıb: Samir Hümbətov sayıtımıza açıqlama verib ki, son günlər Ermənistan tərəfi cəbhədə Ermənistan Azərbaycan şərq dövlət sərhəddində tez-tez atəşkəsi pozur və bu artıq son bir aydan çox müddətdir ki, mütəmadi olaraq davam edir. Üstəlik də subdanışıqların getdiyi vaxtda. Hansı ki, tərəflər subdanışıqlarda 17 bəndlik razılaşmanı tamamilə qəbul etdiklərini açıqlayıblar. “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov vurğulayıb ki, belə olan halda Ermənistan tərəfinin atəşkəsi mütəmadi pozması ondan xəbər verir ki, məqsəd burda atəşkəsi pozmaqla aranı qarışdırmaqdır.

Təbii ki, Azərbaycanın Müdafiə Nazirliyində müşavirə keçirtdiyi ilə bağlı məlumat var artıq və mediada yayımlanıbdır. Həmsöhbətimiz Samir Hümbətov bunuda qeyd edib ki, burda məqsəd baş verə biləcək istənilən təxribatın qarşısının alınması və adekvat tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Təbii ki, hər hansı bir formada bu cür təxribatlar artacaqsa Azərbaycan dövləti suveren hüquqlarından istifadə etməklə belə demək olar ki, bu təxribatın qarşısını almağa qadir dövlətdir və alırda.

Amma son dövrdə birdə o diqqətdədir ki, Ermənistan açıq şəkildə müharibəyə hazırlaşır. Çünki aldığı öldürücü silahlar, dağıdıcı silahlar bizə onu deməyə əsas verir ki, Ermənistanın məqsədi müharibə etməkdir. Bu məqsədlədə silahlanır digər bir tərəfdəndə sülh manipulyasiyasını etməklə diqqəti özündən kənara çəkməyə çalışır.

“Son olaraq Samir Hümbətov bildirib ki, düşünürəm ki, bir tərəfdən süldən danışıb digər tərəfdən öldürücü silahlar alırsa demək Ermənistan artıq beynəlxalq ictimaiyyətlə manipulyasiya edir və yeni bir müharibəyə hazırlaşır. Cəbhədə baş verən bu atəşkəs hallarının pozulması da məhz ona xidmət edir ki, vəziyyət qarışsın və yeni qarşıdurma belə deyək yeni təxribatlar ortaya çıxsın. Məqsəd bundan ibarətdir” – deyə Samir Hümbətov əlavə edib.