18.4 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Müavinət və təqaüdlər artırılacaq – Bu tarixdə

“Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda, onlara sosial yardım məqsədilə müavinət verilir”.

Metbuat.az xəbər verir ki, bunu İTV-yə açıqlamasında DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:

“Üç ay müddət verilib. Artıq üç ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğə yenidən baxılıb, müavinətlər və təqaüdlərin də artırılması gözlənilir”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN