15.2 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Hərbi xidmətə yararsız olanlar bu sahələrdə çalışa bilməz – VACİB AÇIQLAMA

Hərbi xidmətə yararsız insanları ən çox narahat edən məsələlər sırasında gələcəkdə fəaliyyət göstərmək istədikləri sahələr dayanır.

Bəs sözügedən şəxslər hansı sahələrdə çalışa bilməzlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bu həmin şəxsin hansı səbəbdən hərbi xidmətə yararsız hesab edilməsindən asılıdır:

“Bir qayda olaraq həmin şəxslər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərə bilməzlər. Çünki burda fiziki imkanlar tələb olunur, yararsız sayılan şəxslər əlbəttə ki, sözügedən sahədə çalışa bilməzlər” – deyə o, bildirib.

Sahib Məmmədov əlavə edib ki, hansısa sahədə əlilliyi olan şəxs də təbii ki, bəzi sahələrdə işləyə bilməz:

“O baxır əlillik dərəcəsinə və işləmə qabiliyyətinə… Ancaq, bir qayda olaraq qeyd edilənlərdən əlavə digər sahələr üzrə ciddi məhdudiyyətlər yoxdur”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN