11.5 C
New York
Çərşənbə axşamı, Aprel 22, 2025

Buy now



Güclü yanğın olub   – SON DƏQİQƏ!

Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyə edilib.

Bu barədə Oxu24.com-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

OXŞAR XƏBƏRLƏR ÜÇÜN BAXIN: 


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN