14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Bananın faydaları – Hər gün banan yeyəcəksiniz

Bananın faydaları – Bizimshow.az xarici və yerli mediaya istinadən bananın faydaları haqqında məlumatı təqdim edir.

Banan dünyada ən çox yetişdirilən tropik meyvələrdən biri olmaqla yanaşı ən çox sevilən meyvələrdən biridir. Asan həzm olunma xüsusiyyətilə diqqət çəkir. Demək olar ki, uşaqdan böyüyə hər kəs tərəfindən sevilir. Həzm sistemi, sümüklər, bağırsaq xəstəlikləri, xərçəng, ürək, beyin üçün xeyli faydaları mövcuddur.

Bananın faydalarını ümumiləşdirsək:

  • qan təzyiqini balanslaşdırmaq üçün təsirli rola malikdir;
  • həzm sistemi üçün faydalıdır;
  • ürək sağlamlığını qorumağa əhəmiyyətli dərəcədə yardım edir;
  • astma ilə əlaqəli problemlərin aradan qalxmasında təsirli meyvədir;
  • tərkibində limon turşusu olan banan qabığını dişlərinizə sürtməklə də ağarmış dişlərə sahib ola, gözlərinizin altına banan qabığı qoyaraq, göz altı torbaları və bu nahiyədəki şişlik və göyərmə kimi problemləri aradan qaldıra bilərsiniz;
  • xərçəngdən qorunmaqda effektiv rola malikdir;
  • hətta psixoloji olaraq insan sağlamlığının qorunmasına yardım edə bilər;
  • banan qabığını maska ​​kimi dəriyə sürtməklə sızanaqlara və problemli dəriyə qarşı fayda ala bilərsiniz.

Banan niyə faydalıdır?

Bananın tərkibində olan yüksək miqdarda kalium mineralı maye balansını tənzimləməyə kömək edən əhəmiyyətli bir elektrolitdir. Kalium əzələlərin büzülməsinə və sinir hüceyrələrinin reaksiyasına kömək edir. Yaşlandıqca sümük sağlamlığını qoruyarkən böyrək daşının əmələ gəlməsi riskini azaltmağa kömək edə bilir.

Banan tərkibindəki lektin sayəsində immunitet sistemini stimullaşdırır. Lektin, bir antioksidant kimi, bədənə zərər verən sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar bədəndə toplana bilmir və hüceyrə zədələnməsi baş vermir. Xərçəng hüceyrələrinin inkişafının qarşısı alınır. Bu xüsusiyyətlərinə görə lektinlər xərçəngə qarşı qorunma təmin edir.

Bananın qan təzyiqi üçün də təsirli olması məlumdur. Yüksək qan təzyiqini tarazlaşdırmaq üçün aşağı natrium, yüksək kalium pəhrizi vacibdir. Kalium ürək əzələsinin nizamlı fəaliyyətində, qan təzyiqinin tarazlaşdırılmasında və ürək-damar sisteminə yükün azaldılmasında mühüm rol oynayır. Gündəlik 1 orta ölçülü banan (ortalama 120 q) istehlak etməklə gündəlik kalium ehtiyacınızın təxminən 9 faizini qarşılaya bilərsiniz.

Banan zəngin B6 vitamini mənbəyidir. Vitamin B6 isə sinir ötürülməsini təmin edən nörotransmitterlərin istehsalını, qırmızı qan hüceyrələrinin istehsalını, karbohidratların və yağların enerjiyə çevrilməsini, immun sisteminin funksiyalarını yerinə yetirməsi üçün lazım olan zülalların sintezini, böyrəklərin və qaraciyərin sağlam işləməsi funksiyasını yerinə yetirməyə kömək edir. Eyni zamanda, hüceyrə bölünməsi və inkişafındakı roluna görə hamiləlik dövründə B6 vitamininin təmin edilməsi vacibdir. Çox vaxt bananla əlaqəli olmasa da, bu meyvə həm də C vitamini mənbəyidir. C vitamini ilə hüceyrələr və toxumalar qorunur, dəmirin udulması asanlaşdırılır, bədən kollagen istehsal edə bilir, qandakı kortizol səviyyələrini idarə edərək stressi azaldır və serotonin ifrazını artıraraq bilişsel performansa müsbət təsir göstərir.

Kalium, lif, fol turşusu və C vitamini bananı ürək sağlamlığını qorumaqda üstün göstərir. Tədqiqatlar göstərir ki, yüksək lif istehlakı olan insanlarda ürək-damar xəstəlikləri riski daha azdır. Bu, yüksək kalium istehlakı olan insanlarda ürək xəstəliyindən ölüm riskinin azaldığını göstərir.

Bananların tərkibində olan triptofan, serotonin və melatonin kimi mühüm birləşmələrin sintezində rol oynayan əvəzsiz bir amin turşusudur. Bu şəkildə əhval-ruhiyyə, idrak funksiyası və yuxunun tənzimlənməsinə müsbət təsir göstərir.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN