16.1 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Tərcümeyi-hal necə yazılır?

Düzgün tərcümeyi-hal yazmağınız üçün Bizimshow.az lazım olan məlumatları sizinlə paylaşır.

Gəlin, əvvəlcə, baxaq tərcümeyi-hal nədir?

Tərcümeyi-hal sizin haqqınızda tam və dolğun məlumatları özündə əks etdirən bir rəsmi sənəd formasıdır. Adətən işə qəbul olarkən iri şirkətlər və ya digər hallarda dövlət orqanları, təşkilatlar bu sənədi tələb edə bilər. Tərcümeyi hal həmin şəxsin özü tərəfindən yazılmalıdır. Bu sənədi yazarkən məlumatların aydın, qısa, dolğun və düzgün ardıcıllıqla olmasına diqqət etməyiniz tövsiyə edilir. Əgər yazı zamanı çətinlik çəkirsinizsə tərcümeyi hal formasını sizdən tələb edən təşkilatdan nümunə verməsini xahiş edə bilərsiniz.

Tərcümeyi-hal necə yazılır?

Tərcümeyi-hal formasını yazarkən aşağıdakı detallar nəzərə alınmalıdır:

  • Yazan şəxsin adı və soyadı;
  • Doğulduğu tarix və şəhər (rayon, kənd və s.);
  • Məktəbə başladığınız və bitirdiyiniz tarix;
  • Ali məktəbə qəbul olduğunuz və bitirdiyiniz tarix;
  • İşlədiyiniz şirkət, təşkilat, qurumlar və vəzifələriniz.

Tərcümeyi-hal sənəd formasını yazarkən ailə üzvləriniz, əgər evlisinizsə həyat yoldaşınız və övladlarınız haqqında da ətraflı məlumatları qeyd etməyiniz tələb ediləcək. Sənədi yazarkən bütün məlumatların konkret və ardıcıl bir şəkildə olduğuna diqqət edin. Xüsusilə də, yazarkən qrammatik səhvlərə yol verməməlisiniz. Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır və “Mən, adım, soyadım..” kimi başlayır. Sənədin sonunda sənədi yazan şəxsin ad, soyad, imzası və sənədin doldurulma tarixi qeyd olunacaq.

Tərcümeyi-hal üçün nümunə

Mən Səbinə Davud qızı Abbasova 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2005-ci ildə Yasamal rayonu 308 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam və həmin məktəbi 2016-ci ildə bitirmişəm.

2016-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə qəbul olmuşam və 2020-ci ildə həmin universitetdən məzun olmuşam.

Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə təcrübə və könüllülük proqramlarında iştirak etmişəm və 01.10.2023-cü ildən etibarən isə “Nümunə şirkət adı” şirkətində mühasib vəzifəsində çalışıram.

Atam- Davud Rza oğlu Abbasov maliyyə mütəxəssisi vəzifəsində çalışır.

Anam- Selcan Həsən qızı Abbasova menecer vəzifəsində çalışır.

İmza: Səbinə Davud qızı Abbasova

Tarix: 01.12.2024


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN