Məşhur aparıcı Zaur Baxşəliyev 44 yaşını qeyd edib. O, doğum günü ilə bağlı maraqlı paylaşım edərək izləyicilərinin diqqətini cəlb edib.
Yenisabah.az xəbər verir ki, Zaur Baxşəliyev İnstaqram hesabında üzərində “44” yazılmış tortun videosunu paylaşıb. Görüntülərdə aparıcı tort üzərindəki rəqəmlərin yerini dəyişir və daha sonra dörd rəqəmli şamlardan birini yeyir.
O, paylaşımına belə bir qeyd əlavə edib: “Yaş 44, ağıl 4. Allaha təşəkkür edirəm.”
İzləyiciləri isə onun bu zarafatına biganə qalmayıb. Şərhlərdə “Qocalırsan, Zaur”, “Rəqəmləri dəyişməklə cavan qalmaq olmur” kimi fikirlər yazıblar.
Aparıcının paylaşımı sosial şəbəkələrdə qısa müddətdə viral olub və izləyicilər arasında müzakirələrə səbəb olub.