Hayların sovet DTK-sının dəstəyi ilə Qarabağda yaratdıqları qanunsuz silahlı birləşmənin üzvü olduğu və digər hərbi cinayətlərlə yanaşı Xocalı soyqırımının törədilməsində də yer aldığı bildiriliən Rəşid Bəyləryan kimilərin tutulub dindirildiyini görəndə qürur qarışıq köks ötürərərk “O gün gəldi”,- deyirik.
Amma əslində “o gün” gəlməyib, ABŞ başda olmaqla böyük güclərinin çoxunun qarşı çıxmalarına rəğmən gətirilib. Və “o günü” gətirən ilk növbədə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Onun əmri ilə döyüşə atılaraq həyatlarını, sağlıqlarını bu Vətənə əsirgəməyən, etdikləri fədakarlıq xalqımızın yaddaşından heç vaxt silinməyəcək şəhidlərimiz, qazilərimizdir.
Bizə qonşu olan iki böyük dövlətin, qərbdəki bəlli çevrələrin topraqlarımızın ən azından müəyyən bir hissəsinin işğaldan qurtarmasını qətiyyən istəmədiklərini qapalı xosunlaşmalar zamanı öz dillərindən də eşitdiyindən Ermənistanın keçmiş dövlət başçısı, ondan əvvəl isə Xankəndindəki hərbi xuntaya rəhbərlik etmiş Serj Sərkisyan hətta 44 günlük savaşdan sonra belə əminliklə bildirirdi ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.
Ancaq oldu! Sərksiyanların rəhbərliləri altında Azərbaycan torpağında hərbi cinaəyət törədənlər isə bir-bir tutularaq məhməkəmə qarşısına çıxarılırlar. Köçəryan, Ohanyan, Balasanyan, Balayan, Babayan və digərləri ilə yanaşı onun özünü də belə bir perspektiv gözləyir.
Qoy şəhidlərimizin ruhları şad, bizə bu günləri yaşadan digər igidlərimiz isə var olsun. Tanrı Müzəffər Ali Baş Komandanımızı qorusun!
Millət vəkili Sahib Alıyev