19.4 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Novruz bayramı bu ölkələrdə qeyd edilir

Novruz bayramı bu ölkələrdə qeyd edilir…

Novruz bayramı bu ölkələrdə qeyd edilir. Bizimshow.az məlumat verir ki, Novruz bayramı ölkəmizlə yanaşı Türkmənistanda, Tacikistanda, İranda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda da xüsusi təntənə ilə qeyd edilir.

Ölkəmizdə adətlərimizə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” — ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3–4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.

Özbəkistanda Novruz süfrəsi üçün “nişala” hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.

Mənbə: Wikipedia


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN