Ad günü təbrikləri üçün FANTASTİK İDEYALAR axtarırsınızsa doğru ünvandasınız. Ad günləri sevdiklərimizi xoşbəxt etmək üçün mükəmməl fürsətdir. Bizimshow.az platforması bunun üçün sizinlə bu məqalədə fantastik ideyalar paylaşır. Hazırsınızsa, başlayaq…
Yaradıcı və unudulmaz bir ad günü təbriki üçün aşağıdakı ideyalardan ilham ala bilərsiniz:
1. Ad günü təbrikləri üçün video mesaj hazırlayın
Sadə bir mesaj əvəzinə, ad günü sahibi üçün xüsusi video mesaj hazırlaya bilərsiniz. Bu videoda dostlar, ailə üzvləri və həmkarlar da iştirak edə bilər. Onun üçün çox maraqlı olacaq.
2. Xüsusi sürpriz məktub yazın
Rəqəmsal dövrdə əl ilə yazılmış məktub və ya açıqca unudulmaz hədiyyə ola bilər. Xoş sözlər və xatirələrlə dolu bir məktub göndərsəniz ad günü sahibini çox sevindirəcək.
3. Sürpriz şənlik təşkil edin
Əgər imkan varsa, sürpriz ad günü məclisi təşkil etmək gözəl bir seçim ola bilər. Bunu evdə, restoranda və ya açıq havada təşkil edə bilərsiniz. Eyni zamanda iş yerində də edə bilərsiniz.
4. Xüsusi hədiyyə qutusu hazırlayın
Ad günü təbrikləri üçün FANTASTİK İDEYALAR siyahısında hədiyyə qutusu da yer alır. Ad günü təbrikləri üçün ad günü sahibinin sevdiyi şeyləri həmin qutuya yerləşdirə bilərsiniz. Şokoladlar, şəkillər, xatirə əşyaları və sevdiyi sözləri və s. əlavə edə bilərsiniz.
5. Virtual təbrik
Əgər məsafə problemi varsa, bir-birinizə yaxın yaşamırsınızsa dostlarınızı bir araya gətirərək Zoom və ya başqa platformalar vasitəsilə virtual sürpriz təşkil edə bilərsiniz.
6. Onun rəsmini ona hədiyyə edin
Ad günü sahibinin portretini çəkdirə bilərsiniz. Bu, həm əyləncəli, həm də yaddaqalan hədiyyə olacaq. Rəsmdə onu necə təsəvvür etdiyinizi, onun arzuladığı həyatı nümayiş etdirəcək fikirlər əsl yerinə düşər.
7. Seriyalı hədiyyələr
Ad günündən bir neçə gün əvvəl başlayaraq hər gün kiçik sürprizlər göndərə bilərsiniz. Bu, təbriki daha da unudulmaz edəcək.
8. Filmlər və ya musiqi siyahısı hazırlayın
Ad günü sahibinin sevdiyi musiqilərdən və ya filmlərdən ibarət siyahı hazırlayıb, ona xüsusi bir dinləmə və ya izləmə təcrübəsi yaşada bilərsiniz.
9. Sürpriz səyahət
Əgər imkanınız varsa, ad günü sahibini kiçik bir səyahətə və ya macəra dolu bir günə aparmaq əla fikir ola bilər. Onun sevdiyi aktivlikləri, yerləri seçə bilərsiniz.
10. Ona gül göndərin
Onun iş yerinə, evinə hədiyyələr və gül göndərə bilərsiniz. Onun üçün gözlənilməz və sürpriz ola bilər.
Ad günü təbrikləri üçün mesajlar