Meteorologiya Xidmətinin günlər əvvəl etdiyi qar xəbərdarlığının sonra İstanbulda qış şərtləri təsirli olmağa başlayıb.
Sabahdan başlayaraq sulu qar və güclü qar yağacaq.Rəsmi məlumatlara görə, şəhərə yağan qarın güclü olacağı və 6 gün davam edəcəyi bildirilib.
Meteoroloq professor Orhan Şen İstanbulda gözlənilən qar ilə bağlı qiymətləndirmə apararaq vətəndaşlara xəbərdarlıq edib.
O, xüsusilə cümə və şənbə günlərinə diqqət çəkib: “Evdən çıxmasanız, yaxşı olar, mümkün qədər evdə qalın”.
Orhan Şen məktəblərin bağlanmasının vacib olduğunu da vurğulayıb: “Şərait məktəb avtobuslarının hərəkəti üçün çox uyğun deyil”.