Daha bir təyyarə qəzası – eniş edə bilməyib çevrildi – yenilənib

0
57

Kanadada təyyarə qəzasında yaralananların sayı 17-yə çatıb

 

Kanadada Toronto hava limanında Delta Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması zamanı yaralananların sayı 17-yə yüksəlib.

 

APA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

 

Məlumata görə , təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.

 

Onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.