Xəzər al-qırmızı rəngə boyandı – SƏBƏB

0
43

Xəzər dənizinin suyunun qırmızı rəngə boyanması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.Bildirilib ki, hadisə Aktau çimərliklərindən birində qeydə alınıb.

 

Ekoloqlar dəniz suyundan nümunələr götürərək kimyəvi maddələrin və neft məhsullarının olub-olmadığını yoxlayıblar.

 

Məlum oldu ki, heç bir təhlükə yoxdur, hamısı suyu qırmızı rəngə boyayan yosunların yığılması ilə bağlıdır.