Azərbaycanda un BAHALAŞDI – Yeni QİYMƏTLƏR BELƏDİR

0
47

Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb.

 

Titul.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb.

 

Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.

 

Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 – 28,2 manat aralığında dəyişir. 

 

Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur.