Bakıda avtomobili olanların NƏZƏRİNƏ – Sabah səhər 6-dan sonra…

0
36

 

 

Bakıda avtomobili olanların NƏZƏRİNƏ – Sabah səhər 6-dan sonra…

 

 Bakıda avtomobili olanların NƏZƏRİNƏ – Sabah səhər 6-dan sonra… 

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə Titul.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.

 

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

 

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilib.