11.1 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ

Bir sıra ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir.

 

 

 

Referans.az “Xəzər” TV-yə istinadən məlumat verir ki, “Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydaları”nı təsdiq edib.

 

 

 

İqtisadçı Rəşad Həsənov bildirib ki, yeni sənədə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq: “Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir”.

 

 

 

Rəşad Həsənov bildirib ki, yeni qaydalar ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulu daxildir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.

 

 

 

Qeyd edək ki, strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin cəlbi ilə yaradılması nəzərdə tutulur


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN