hökmü ilə Misir İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Sakit Nəsibovun hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Hüquqi varis cinayət işinin yenidən araşdırılması ilə ibtidai istintaqa göndərilməsini xahiş edib.
Apellyasiya şikayətini onunla əsaslandırıb ki, Misir İbrahimovun cinayəti ittihamda göstərilən niyyətlə deyil, gizlədilən alçaq niyyətlə əlaqədardır.
Onun sözlərinə görə, zərərçəkmiş şəxs Şərifə Həməşayevanın ifadəsində göstərildiyi kimi Misir İbrahimovun Sakit Nəsibovu vurması hadisə gününədək olan davamlı mübahisələrdən irəli gəlib: “Məhkəmə zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin fərqli ifadələrinə istinad edərək cinayətin motivini ibtidai istintaq tərəfindən verildiyi kimi təsdiq edib. Əslində isə zərərçəkmiş şəxs doğru danışıb, əvvəldən sona kimi ifadəsini eyni cür, dəyişdirmədən verib”.
Hüquqi varis şikayətinin sonunda təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb və sonda qərar elan edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti verib. Onun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət araşdırılması üçün hakim İlqar Qılıcovun icraatına verilib.
Yaxın günlərdə kassasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.