“28 May” stansiyasında BƏDBƏXT HADİSƏ – Tələbə qatar yoluna düşdü

0
331

Səhər saatlarında Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

 

Bizimshow.az modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

 

Gənc yaşlı sərnişin  stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

 

Məlumatı sayta açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

 

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

 

“O, stansiya yolundan bileti götürüb və çıxıb. “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib”, – açıqlamada bildirilib.


Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin