15.6 C
New York
Bazar, İyun 15, 2025

Buy now



Radiasiya şüaları Azərbaycanda yayılarsa NƏ BAŞ VERƏCƏK?

“Radiasiya orqanizm üçün ciddi təhlükə yaradan amildir və bu təhlükədən qorunmaq həm dövlətin, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. İnsan özü də çalışmalıdır ki, radiasiyadan maksimum dərəcədə qorunsun”.

Bu fikirləri tanınmış terapevt Rasif Bağırov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Radiasiyanın növündən asılı olaraq qorunma üsulları da dəyişir. Məsələn, günəş radiasiyasından qorunmaq üçün müəyyən saatlara diqqət yetirmək lazımdır. Adətən günəş şüalarının radiasiyası saat 11:00-dan 15:00-a qədər daha güclü olur. Bu saatlarda günəş altında birbaşa qalmaq dəridə yanıq, müxtəlif dəri xəstəlikləri və xərçəngə qədər gedib çıxan ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən həmin saatlarda açıq günəş altında olmamaq, qoruyucu vasitələrdən istifadə etmək tövsiyə edilir”.

Həkim qeyd edib ki, bundan əlavə, atom partlayışları, nüvə qəzaları və kimyəvi tullantılar nəticəsində yaranan radiasiyalar da mövcuddur:

“Bu cür radiasiyalar insan orqanizminə daha dərindən təsir edir. Onların əsas təsir mexanizmi insan hüceyrələrindəki DNT-nin zədələnməsi ilə bağlıdır. DNT zədələndikdə mutasiyalar baş verir və nəticədə müxtəlif xərçəng xəstəlikləri, genetik pozuntular və doğuş qüsurları meydana çıxa bilər. Bu radiasiyaların təsiri orqanizmin demək olar ki, bütün sistemlərinə mənfi təsir göstərir.
Məhz bu səbəbdən ölkə ərazisində radiasiya səviyyəsinin monitorinqi və təhlükəli həddə çatdığı təqdirdə müvafiq tədbirlərin görülməsi dövlətin vəzifəsidir. Bu məqsədlə xüsusi cihazlar vasitəsilə müxtəlif bölgələrdə radiasiyanın səviyyəsi ölçülür və insan orqanizmi üçün təhlükəli olub-olmadığı müəyyənləşdirilir. Əgər hər hansı ərazidə təhlükəli səviyyə qeydə alınarsa, dərhal müdaxilə olunmalı və qoruyucu tədbirlər həyata keçirilməlidir”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN