15.6 C
New York
Bazar, İyun 15, 2025

Buy now



Nura Suri çətin seçimlə üz-üzə: Ya getmək, ya da…

Nura Surinin kiçik oğlu David məktəbi bitirib. 

Yenisabah.az xəbər verir ki, müğənni bu barədə “Facebook” hesabında yazıb:

“İlk dəfədir ki, məktəbli anası olmadığımı hiss etdim.  Bu məktəblə 25 illik bir bağımız var.  Bu gün məktəblə vidalaşanda çox qəribə hisslər keçirdim, ağladım. Doğma bir məkandan ayrıldım.  18 yaşımda ailə qurub, 19 yaşımda ana olmuşam. Ali təhsilimi bu səbəbdən bitirə bilməmişəm. Mən ilk dəfə xoşbəxtliyin nə olduğunu ana olduğum gün anlamışam. Başqa insan üçün yaşamağı, sevinməyi, kədərlənməyi, sevməyi ana olanda anlamışam. Övladlarım üçün həyatımı da qurban verərəm.

David məktəbli idi, deyə hələ də dərk etmirdim, dərk etmək istəmirdim uşaqlarımın böyüdüyünü. Mən də onlarla birgə böyüdüm, yaşa doldum.  İki övladım məndən uzaqda Amerikada yaşayırlar. Davidim də gedəcək təhsil almağa. Mən ya onunla getməliyəm, ya da tək qalmağı seçməliyəm. Mənim üçün çox çətin bir dönəm başlayır.

Seçim etməliyəm. Ya övladlarımın yanına köçməliyəm, ya da yaşlı valideynlərimi və vətənimi seçməliyəm”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN