Xamnəi nüvə silahı barədə fətvasını ləğv edəcəkmi? – “408 kilo uranı var”

0
504

“Zənn etmirəm ki, İranın nüvə silahı ilə fətvası dəyişsin, ortada heç bir səbəb və ya əsas yoxdur”.

Bunu “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu bildirib.

O əlavə edib: “Bu məsələ ilə bağlı parlament səviyyəsində qaldırılmışdı. Amma fətvanın ləğvi məsələsinin gündəmə gələcəyini zənn etmirəm.

İstənilən halda son qərarı İran hakimiyyəti verəcək. İndiki dövrdə İran imicini qorumaq üçün İsrailə cavab verməlidir. Amma nüvə silahının istifadəsinə icazə verilməsi üçün şərait yoxdur.

İslam dininin özü kütləvi qırğın silahına icazə vermir. Lakin bu haqda qəti fikir bildirmək asan deyil. Bu, uranın zənginləşməsi yönündə danışıqlardan asılıdır.

2018-ci ildə Tramp İranla nüvə müqaviləsindən çıxdıqdan sonra uranın zənginləşdirmə faizi əvvəlcə 20, daha sonra isə 60%-ə qədər qaldırdı. Hazırda İranın 408.6 kiloqram zənginləşdirilmiş uranı var. Bu göstərici nüvə silahını əldə etmək üçün çox yaxındır.

İsrailin İrana son zərbəsi ona gətirib çıxara bilər ki, İran uran zənginləşdirilməsi ilə bağlı bəzi sazişləri danışıqlarda alt səbəb kimi ləğv edilməsi mümkündür”.


Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin