Azərbaycan Mərkəzi Bankı (AMB) saxta pul reproduksiyalarının yayılması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. Bildirilib ki, son dövrlər ölkə ərazisində pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.
Saxta pul reproduksiyalarının hazırlanması və yayılması hansı hallarda cinayət tərkibi daşıyır? Vətəndaşlar nə etməlidirlər
Bizimshow.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, belə saxtakarlıqlar artıq kütləvi hal alıb:
Ekspert bildirib ki, belə hallarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Banka və hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər:
“Saxta pulun dövriyyəyə buraxılması və buna şərait yaratmaq cinayət tərkibi daşıyır. Bu əməli törədən şəxsləri 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər saxtakarlıq külli miqdarda vəsaitlə bağlıdırsa, mütəşəkkil dəstə tərəfindən həyata keçirilirsə və ya təkrar cinayət halıdırsa, həmin şəxslərə 5 ildən 12 ilədək həbs cəzası verilə bilər”.